AZ

“Real” yarımmüdafiəçisini satır

“Real” bu yay yarımmüdafiəçi Eduardo Kamavinqanı satmağı düşünür.

Msport.az xəbər verir ki, Madrid klubu oyunçunun potensialını tam şəkildə reallaşdıra bilməməsindən məyusdur. Fransız artıq komanda tərəfindən toxunulmaz hesab edilmir və karyerasını “Real”da davam etdirməkdənsə, ayrılmağa daha yaxındır.

23 yaşlı yarımmüdafiəçinin karyerasının sonrakı inkişafı üçün ən çox ehtimal olunan variant İngiltərə Premyer Liqasıdır.

Qeyd edək ki, Kamavinqa 2021-ci ilin avqustunda “Real”a qoşulub və 2027-ci ilə qədər 40 milyon avroya müqavilə imzalayıb. Bu mövsüm yarımmüdafiəçi bütün yarışlarda 35 oyunda iştirak edib, iki qol vurub və bir məhsuldar ötürmə edib.

Seçilən
0
1
msport.az

4Mənbələr