AZ

"Ukraynadakı münaqişənin həlli üçün təhdidlər deyil, diplomatiya lazımdır" - Vens

ABŞ-nin vitse-prezidenti C.D. Vens bildirib ki, Ukraynadakı münaqişə yalnız davamlı diplomatik səylərlə həll edilə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə o, Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Vens qeyd edib ki, münaqişənin həlli siyasətçilərin sərt bəyanatları ilə deyil, ardıcıl diplomatiya vasitəsilə mümkündür.

O vurğulayıb ki, əsas seçim zorakılığın davam etməsi ilə diplomatiyaya ciddi sadiqlik arasında edilir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
12
redaktor.az

1Mənbələr