AZ

Görməzdən gəldiyi əlamətlər həyatını dəyişdi

24 yaşlı amerikalı Paige Seifert bildirib ki, onda çox gənc yaşda düz bağırsaq xərçəngi aşkar edilib.

Ölkə.az xəbər verir ki,o, bu hekayəni "TikTok" platformasında paylaşıb.

Seifertin sözlərinə görə, əvvəlcə o, üç əsas simptomu görməzdən gəlib və bu səbəbdən həkimə gec müraciət edib. Ən əvvəl o, güclü yorğunluq hiss edirdi. Həmçinin həzm problemlərinə və qarın ağrılarına da diqqət yetirməyib.

Qadın yalnız nəcisində qan gördükdən sonra narahat olub və həkimə müraciət edib. Müayinələr nəticəsində onda yoğun bağırsaq xərçəngi aşkarlanıb.

Müalicədən sonra qadın remissiyaya daxil olub, lakin son tomoqrafiya zamanı həkimlər onun yumurtalığında şiş də aşkar ediblər.

Həmidə İbrahimova

Seçilən
6
1
olke.az

2Mənbələr