AZ

ABL: Daha bir komanda pley offda iştirak hüququ qazandı

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Daha bir komanda Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəlib.

Fanat.Az xəbər verir ki, pley-in mərhələsinin ikinci oyunları çərçivəsində bu gün "Lənkəran" "Gəncə"ni qəbul edib.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüş Gəncə təmsilçisinin 101:77 hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflərin birinci duelində də "Gəncə" rəqibini yenmişdi - 91:55. Bu nəticədən sonra Gəncə komandası növbəti mərhələdə mübarizə aparmaq hüququna sahib çıxıb.

Qeyd edək ki, daha öncə "Naxçıvan" və "Şəki" pley-off mərhələsinə yüksəliblər.

Toğrul

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
1
fanat.az

2Mənbələr