AZ

ABŞ İranın Xark adasında 50-dən çox hədəfə zərbələrENDİRDİ

ABŞ İran sahillərində yerləşən Xark adasında hərbi obyektlərə zərbələr endirib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri amerikalı iki rəsmi şəxsə istinadən məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində 50-dən çox hədəf vurulub. Bildirilir ki, əməliyyat əsasən hərbi obyektləri əhatə edib.

Nəşrin yazdığına görə, hücumlar zamanı adada yerləşən neft infrastrukturu zərər görməyib. Qeyd olunur ki, Xark adası İranın əsas neft ixrac mərkəzlərindən biri hesab olunur.

NURİYYƏ

Seçilən
18
redaktor.az

1Mənbələr