AZ

ADAU ilə Qazaxıstanın ali təhsil müəssisələri arasında memorandum imzalanıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Gəncə, 7 aprel, AZƏRTAC

Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Qazaxıstanın bir sıra aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq memorandumu imzalanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qorqud Ata adına Qızılorda Dövlət Universiteti, Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti, Qazax Milli Su Təsərrüfatı və Suvarma Universiteti, Qazax Milli Aqrar Tədqiqat Universiteti və Almatı Texnologiya Universiteti ilə imzalanan memorandumların məqsədi elmi əməkdaşlıq, müəllim-tələbə mübadiləsi və birgə təhsil proqramlarının inkişaf etdirilməsidir.

Müxbir - Elcan Məmmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
azertag.az

2Mənbələr