AZ

Fransada qatar qəzası: Maşinist öldü, 13 yaralı var

Fransada qatar qəzası: Maşinist öldü, 13 yaralı var

Fransada yüksək sürətli qatarla yük avtomobilinin toqquşması nəticəsində maşinist həyatını itirib, 13 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

AFN.az xəbər verir ki, yerli mətbuatın yaydığı məlumata görə, hadisə ölkənin şimalında, Pa-de-Kale departamentinin Betün və Lans şəhərləri arasında səhər saatlarında baş verib. Prokurorluğun açıqlamasında Dunkerqdən Parisə hərəkət edən qatarda olan sərnişinlərdən 2-nin vəziyyətinin ağır olduğu bildirilib.

Fransanın nəqliyyat naziri Filip Tabaro qəza yerinə yollanacağını və hadisə ilə bağlı genişmiqyaslı təhqiqatın başladıldığını bəyan edib. Qəza nəticəsində elektrik xətlərində yaranan kəsintilər səbəbindən regionun dəmir yolu nəqliyyatında, xüsusilə Lil-Lans və Lil-Duay istiqamətlərində ciddi gecikmələr yaranıb.

Hazırda texniki qruplar xəttin bərpası və qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir.

Seçilən
11
afn.az

1Mənbələr