AZ

Azərbaycanda virus yayılır: uşaqlarda ağırlaşmalar ola bilər

Bakı. Trend:

Yaz fəslinin başlanğıcında müşahidə olunan qeyri-sabit havaşəraiti hava-damcı yolu ilə yayılan kəskin respirator virusinfeksiyalarında müəyyən artıma səbəb olub.

Bu barədə Trend-əaçıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti,infeksionist Təyyar Eyvazov məlumat verib.

Onun sözlərinə görə, qrip infeksiyasının pik dövrü artıq geridəqalıb.

“Yazın əvvəlində qeyri-sabit hava şəraiti respirator virusinfeksiyalarında nisbi artıma səbəb olsa da, bu hal müvəqqətixarakter daşıyır. Hava temperaturunun yüksəlməsi ilə xəstələnməhallarının azalacağı gözlənilir. Mövcud artım ciddi hesab olunmurvə bu tip infeksiyalar sağlam, immunkompetent şəxslərdə qısamüddətdə sağalma ilə nəticələnir.

Bununla belə, kiçik yaşlı uşaqlarda, immunçatışmazlığı olanşəxslərdə, ağır xroniki xəstələrdə və yaşlılarda bu infeksiyalarbəzi hallarda ağırlaşmalarla müşayiət oluna bilər.

Leysan yağışları və evlərin su basması halları ilə əlaqədaryarana biləcək infeksiyalar əsasən A hepatiti, həmçinin bakterialvə viral bağırsaq infeksiyalarıdır. Bu xəstəliklər adətən hərarətinyüksəlməsi və diareya ilə müşahidə olunur. Hazırda bağırsaqinfeksiyalarında artım qeydə alınmayıb”, – deyə o qeyd edib.

O bildirib ki, hazırda ölkədə qriplə bağlı epidemioloji vəziyyətsabit olaraq qiymətləndirilir. Qış ayları ilə müqayisədə yoluxmahallarının azalması müşahidə olunur.

Seçilən
15
2
az.trend.az

3Mənbələr