AZ

“Nəvəmin gözlərini bağlayıb oradan keçməliyik?” Sabiq millət vəkili

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

Sabiq millət vəkili Etibar Əliyev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovaya müraciət edərək qəssabxanaların fəaliyyəti ilə bağlı narazılığını bildirib.

Yeniavaz.com xəbər verir ki, sabiq millət vəkili bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Etibar Əliyev eyni zamanda foto paylaşaraq qeyd edib ki, üç məktəbə gedən yolun üstündə dananı kəsib, başını asırlar:

“Bütün qəssabxanalar belədir. Əminəm ki, siz uşaq psixologiyasının əlifbasından xəbərdarsınız. Nəvəmin psixoloji travma almaması üçün gözlərini bağlayıb oradan keçməliyik? Bəlkə bu mövzu üzrə də Elm və Təhsil Nazirliyi ilə birgə qrant müsabiqəsi elan edəsiniz?”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
2
yeniavaz.com

3Mənbələr