AZ

Bayern Münhen in futbolçusu İstanbul klubuna keçmək üzrədir

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Bayern Münhen"in müdafiəçisi Rafael Gerreyru karyerasını İstanbul nəhəngində davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.

Məlumata görə, 32 yaşlı futbolçunun xidmətində "Beşiktaş" maraqlıdır. Mənbə baş məşqi Sergen Yalçının portuqaliyalı oyunçunun performansını çox bəyəndiyini və onun bu yay heyətə qatılmasını vacib saydığını vurğulayıb.

Gerreyrunun "Bayern" ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Cari mövsüm münhenlilərin heyətində bütün turnirlərdə 24 matça çıxan Rafael 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 6 milyon avro ilə dəyərləndirir.

Toğrul

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
fanat.az

2Mənbələr