Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 7 aprel, AZƏRTAC
Özbəkistanın paytaxtı Daşkənd şəhərində taekvondo üzrə gənclər arasında dünya çempionatı keçiriləcək.
Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda ölkəmizi 15 taekvondoçu (10 oğlan və 5 qız) təmsil edəcək.
Oğlanlar arasında Rasim Xəlilov (45 kiloqram), İlyas Hətəmli ( 48 kiloqram), Novruz Əliyev (51 kiloqram), Elmir Səlimov (55 kiloqram), Məhəmməd Həsənov (59 kiloqram), Çingiz Həsənov (63 kiloqram), Həsən Əlizadə (68 kiloqram), Adil Kazımlı (73 kiloqram), İsrafil Nəcəfov (78 kiloqram) və Allahverdi Məmmədov (+78 kiloqram), qızlarda isə Ləman Manafova (42 kiloqram), Nilufər Borci (49 kiloqram), Gülay Əliyeva (52 kiloqram), Fatimə Həsənova (55 kiloqram) və Türkan Yuniszadə (59 kiloqram) mübarizə aparacaqlar.
Qeyd edək ki, dünya çempionatı aprelin 12-17-də keçiriləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.