AZ

Türkiyənin enerji naziri “Türk axını” kəmərinin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Ankara, 7 aprel, AZƏRTAC

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Qara dəniz vasitəsilə Rusiya qazının Avropaya tədarükü üçün əsas boru xətti olan “Türk axını” qaz kəmərinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

AZƏRTAC xəbər verir ki, Bayraktar Ankarada “Türk axını” boru kəmərinə qarşı Serbiyada sabotaj cəhdi ilə bağlı xəbərlərə münasibət bildirib.

“Bu məsələ ilə bağlı Macarıstanın xarici işlər və ticarət naziri (Peter Siyarto – red.) ilə müzakirələr apardım. “Türk axını”nn təhlükəsizliyini təmin etmək üzrə tədbirləri müzakirə etdik. Bu boru kəmərinin Qara dənizdə və onun Türkiyə hissəsində təhlükəsizliyi vacibdir”, - deyə enerji naziri bildirib.

O, Yaxın Şərqdəki vəziyyətlə bağlı bir çox ölkənin artıq enerji təchizatı çatışmazlığı ilə üzləşdiyini və qiymətlərin kəskin şəkildə artdığını qeyd edib.

Nazir vurğulayıb ki, Türkiyə belə problemlərlə qarşılaşmır. “Enerji təchizatı ilə bağlı heç bir problemimiz yoxdur. Lakin vəziyyət qeyri-sabitdir. Ümid edirik ki, müharibə uzun sürməyəcək”, - deyə A. Bayraktar əlavə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
azertag.az

2Mənbələr