ain.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 7 aprel, AZƏRTAC
2025–2026-cı illərin qış mövsümündə Avropada qar uçqunları nəticəsində ölənlərin sayı əvvəlki mövsümlə müqayisədə artaraq 70 nəfərdən 136 nəfərə çatıb.
AZƏRTAC İtaliyanın ANSA agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Uçqun Xəbərdarlıq Xidmətləri məlumat yayıb. Bildirilib ki, ən çox itki İtaliyada qeydə alınıb – burada 38 nəfər qar uçqunu nəticəsində həyatını itirib. Fransa 32 nəfərlə ikinci, Avstriya isə 30 nəfərlə üçüncü yerdə qərarlaşıb.
Məlumata görə, ən faciəli hadisə noyabrın 1-də İtaliyanın Cima Vertana dağında baş verib və nəticədə bir qrup alpinist həlak olub.
Qeyd olunub ki, Avropada qar uçqunları ilə bağlı daha yüksək ölüm göstəricisi sonuncu dəfə 2017–2018-ci illərin qış mövsümündə qeydə alınıb. Həmin dövrdə 147 nəfər bu təbii hadisə nəticəsində həyatını itirmişdi. Mütəxəssislər qar uçqunlarının sayında artımı iqlim dəyişikliyi ilə əlaqələndirirlər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.