Bakı, Trend:
Məhkəmə-Hüquq Şurası yenilənmədən sonra istifadəyə verilmiş“Elektron məhkəmə” informasiya sistemi ilə bağlı yaranançətinliklərə münasibət bildirib.
Şuradan Trend-insorğusuna cavab olaraq bildirilib ki, yeni sistemə keçid zamanıəvvəlki platformada mövcud olan bütün məlumatlar, informasiya vəsənədlər uğurla yenilənmiş sistemə köçürülüb və məhkəmələrinicraatında olan elektron işlərdə öz əksini tapıb.
Qeyd olunub ki, keçid prosesi ilə bağlı yaranmış çətinliklərüzrə müraciətlərin operativ cavablandırılması üçün Şuranın 887nömrəli qaynar xətti həftənin bütün günləri fasiləsiz fəaliyyətgöstərir.
Açıqlamada vurğulanıb ki, 2014-cü ildən istifadə edilən“Elektron məhkəmə” informasiya sisteminin yeni interfeys və proqramtəminatı əsasında yenidən qurulmasına zərurət yaranıb. Bildirilibki, yenilənmiş platforma əlavə imkanlarla zənginləşdirilib.
Yeni sistem vasitəsilə vətəndaşlar, vəkillər və digər prosesiştirakçıları məhkəmə xidmətlərindən daha sürətli və rahat şəkildəistifadə edə biləcəklər.