AZ

Milyarder vitse-qubernator HƏBS EDİLDİ

Kuban vitse-qubernatoru Andrey Korobka 2 aylıq həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə məhkəmədən məlumat yayıb.

Krasnodar diyarının vitse-qubernatoru Andrey Korobka barəsində məhkəmə tərəfindən 2 aylıq həbs qətimkan tədbiri seçilib. O, dələduzluq və korrupsiya cinayətlərində ittiham olunur.

Məmurun evində aparılan axtarışlar zamanı təxminən 7 milyon avro (təxminən 12 950 000 manat), 4 milyon dollar (təxminən 6 800 000 manat) və 31 milyon rubl (təxminən 573 500 manat) nağd vəsait aşkar edilərək götürülüb.

“Kochetı” çayı kənarında 130 hektar ərazidə yerləşən, dəyəri bir milyard rublu (təxminən 18 500 000 manat) keçən malikanəsi ilə tanınan Korobkanın 10 illik dövlət qulluğu müddətində 10 milyard rubl (təxminən 185 000 000 manat) dəyərində sərvət topladığı bildirilir.

2000-ci illərin əvvəllərində 5 hektar torpağı olan sadə bir fermer kimi fəaliyyətə başlayan Korobka, sonradan nüfuzlu deputatlar Fursa və Sidyukovla qeyri-leqal əməkdaşlığa girərək, dövlət vəsaitlərini öz maraqlarına yönəltməkdə ittiham olunur.

İstintaqın məlumatına görə, o, təxminən 80 milyon rubldan (təxminən 1 480 000 manat) çox vəsaiti öz şirkətlərinin ehtiyaclarına yönəldib və çirkli pulları “Kuban” futbol klubu vasitəsilə yuyub.

Məhkəmə iclasına gəlməyən məmurun əmlakının müsadirə edilməsi məsələsinə baxılır.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
4
interpress.az

1Mənbələr