AZ

İnsulin rezistentliyi nədir?

İnsulin rezistentliyi hüceyrələrin insulin hormonuna qarşı həssaslığının azalması ilə xarakterizə olunur. 

Bu zaman qlükoza hüceyrələrə lazımi şəkildə daxil ola bilmir və qanda şəkərin səviyyəsi yüksəlir. Orqanizm daha çox insulin ifraz etməyə məcbur qalır və uzun müddətdə bu vəziyyət maddələr mübadiləsinin pozulmasına, prediabet və 2-ci tip diabet riskinin artmasına səbəb ola bilər.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, əsas simptomları qarın tipli piylənmə; oturaq həyat tərzi; qeyri-sağlam və şəkərlə zəngin qidalanma; xroniki stres və yuxu pozuntuları; yeməkdən sonra yuxululuq və halsızlıq; tez-tez acma hissi və şirin qidalara meyldir.

İnsulin rezistentliyi erkən mərhələdə aşkar edildikdə həyat tərzi dəyişiklikləri ilə nəzarət altına alına bilər. Sağlam və balanslı qidalanma, müntəzəm fiziki aktivlik, çəkinin nəzarətdə saxlanılması və mütəmadi tibbi müayinələr gələcəkdə ciddi metabolik fəsadların qarşısını almaqda mühüm rol oynayır.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr