AZ

AMB səhmdar cəmiyyətlərinə illik hesabatların təqdim edilməsi ilə bağlı xəbərdarlıq edib

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı 9AMB) səhmdar cəmiyyətlərinə illikhesabatların hazırlanması, təqdim olunması və açıqlanması ilə bağlıqanunvericiliyin tələbləri ilə bağlı xəbərdarlıq edib.

Trend bu barədəAMB-yə istinadən xəbər verir.

Bildirilib ki, “Qiymətli kağızlar bazarı haqqında” Qanunamüvafiq olaraq səhmdar cəmiyyətinin illik hesabatı hər başa çatmıştəqvim ilinin nəticələri üzrə hazırlanaraq (qanunvericilikdənəzərdə tutulmuş hallar istisna olmaqla) onun səhmdarlarının ümumiyığıncağı tərəfindən təsdiq edilir: "Hesabatlar həmin tarixdənetibarən on iş günündən gec olmayaraq Azərbaycan RespublikasınınMərkəzi Bankına təqdim olunur. Mərkəzi Bank tərəfindən hesabatınaçıqlanmasının dayandırılması haqqında göstəriş verilmədikdəsəhmdarcəmiyyəti təqdim etdiyi tarixdən etibarən otuz təqvim günü ərzindəillik hesabatını öz internet səhifəsində (olduqda) və mediadaaçıqlanmasını təmin etməlidir".

AMB vurğulayıb ki, qanunvericiliyin tələblərinə əsasənemitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyəhesabatları və onun yoxlanılması üzrə kənar auditor rəyi (mikro vəkiçik sahibkarlıq subyektləri istisna olmaqla) öz əksinitapmalıdır: "Səhmdar cəmiyyətləri cari il üzrə sahibkarlıqfəaliyyətini dayandırdığı halda bu barədə səhmdar cəmiyyətininümumi yığıncağının qərarı və Vergi Məcəlləsinin 16.3-cü maddəsinəuyğun olaraq Dövlət Vergi Xidmətinə təqdim edilmiş arayış əlavəolunmaqla Mərkəzi Banka məlumat verilməsi tövsiyə olunur".

Emitentlərin nəzərinə çatdırılır ki, qanunvericiliklə nəzərdətutulmuş müddət ərzində illik hesabatlarını təqdim etməyən səhmdarcəmiyyətlərinə Mərkəzi Bank tərəfindən xəbərdarlıq məktublarıgöndərilir.

"Sözügedən illik hesabtların Mərkəzi Banka təqdim edilməsi vəaçıqlanması təmin olunmadıqda qeyd olunan hərəkətsizliyə (qanunpozuntusuna) görə emitentlər İnzibati Xətalar Məcəlləsi ilə müəyyənolunmuş qaydada inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunanlarnəzərə alınaraq səhmdar cəmiyyətləri tərəfindən qanunvericiliyintələblərinə əməl olunmalıdır.

Mövzu ilə bağlı əlavə suallar yarandığı təqdirdə Mərkəzi Bankın966 “Çağrı Mərkəzi” ilə əlaqə saxlanıla bilər", - məlumatda qeydedilib.

Məqalədə:
Seçilən
6
az.trend.az

1Mənbələr