AZ

SEPAH: İran daha təmkin nümayiş etdirməyəcək

SEPAH: İran daha təmkin nümayiş etdirməyəcək

İran Silahlı Qüvvələri ABŞ və İsrailin İslam Respublikasının enerji infrastrukturuna hücumlarından sonra Yaxın Şərqdəki Amerika infrastrukturuna cavab zərbələri zamanı artıq təmkin nümayiş etdirməyəcək.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.

"ABŞ-ın regional müttəfiqləri də bilməlidirlər ki, biz bu günə qədər mehriban qonşuluq prinsiplərinə əsaslanaraq böyük təmkin göstərmişik və cavab hədəflərini seçərkən müəyyən məhdudiyyətləri nəzərə almışıq, lakin bundan sonra bütün bu məhdudiyyətlər aradan qaldırılıb", — deyə SEPAH-ın açıqlamasında bildirilir.

Eyni zamanda vurğulanır ki, Amerikanın enerji obyektlərinə elə bir düzəlməz ziyan vurulacaq ki, ABŞ və tərəfdaşları uzun illər Yaxın Şərqdə qaz və neftə çıxışdan məhrum olacaqlar.

Seçilən
14
afn.az

1Mənbələr