AZ

Qroznı məhkəməsi “İçkeriya”nı terror təşkilatı elan etdi

Rusiyada Çeçenistanla bağlı yeni qərar qəbul olunub.

Musavat.com xəbər verir ki, Qroznı şəhərinin Şeyx-Mansur rayon məhkəməsi “Çeçen Respublikası İçkeriya”nı terror təşkilatı kimi tanıyaraq onun fəaliyyətini Rusiya ərazisində qadağan edib.

Bildirilib ki, “İçkeriya”ya bağlı olan 29 struktur da terror təşkilatı kimi tanınıb. Bu qurumların 14 Avropa ölkəsində fəaliyyət göstərdiyi qeyd olunur.

FTX-nin açıqlamasına görə, 1991-ci ildə yaradılmış bu quruma hazırda Böyük Britaniyada yaşayan çeçen dissident Əhməd Zakayev rəhbərlik edir.

Rusiya tərəfi iddia edir ki, bu təşkilatın üzvləri Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşlərdə iştirak edir, həmçinin Kursk və Belqorod vilayətlərində diversiya fəaliyyətlərində yer alıblar.

Qeyd edək ki, Əhməd Zakayev vaxtilə tanınmamış İçkeriya qurumunun xarici işlər naziri olub, daha sonra İkinci Çeçen müharibəsi dövründə silahlı dəstələrə rəhbərlik edib. Ona Böyük Britaniyada siyasi sığınacaq verilib.

Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr