AZ

Məşhur reper kazinoda güllələndi

Repçi Offset Floridadakı kazinoda güllələnib.

İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Məşhur repçi Offset Florida ştatında yerləşən kazinonun dayanacağında odlu silahla yaralanıb.

Hadisədən dərhal sonra xəstəxanaya çatdırılan ifaçının vəziyyətinin stabil olduğu bildirilir. O, hazırda həkimlərin nəzarəti altındadır. Hadisənin təfərrüatları ilə bağlı araşdırmalar davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
33
1
interpress.az

2Mənbələr