AZ

"Bayern Münhen"in xorvatı İspaniya nəhəngində?

Xorvatiya millisinin və "Bayern Münhen"in futbolçusu Yosip Stanişiç karyerasını İspaniya nəhəngində davam etdirə bilər.

Fanat.Az "Fichajes"ə istinadən xəbər verir ki, onun xidmətində "Real Madrid" maraqlıdır.

Məlumata görə, Madrid təmsilçisi 26 yaşlı cinah müdafiəçisini taleyi qeyri-müəyyən olan Dani Karvaxalın potensial əvəzedicisi kimi nəzərdən keçirir.

"Kral klubu"nun rəhbərliyi Yosipin Trent Aleksandr-Arnoldla sağlam rəqabət apara biləcəyinə əmindir. "Bayern"in mövqeyinə gəlincə, Münhen klubu xorvatiyalı oyunçu ilə vidalaşmaq istəmir.

Cari mövsüm bütün turnirlərdə 31 matça çıxan Yosip 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Almaniya klubu ilə müqaviləsinin müddətinin 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Toğrul
 

Seçilən
18
1
fanat.az

2Mənbələr