Footbal-plus saytından alınan məlumata görə, ain.az bildirir.
Bazar günü baş tutan ''Fənərbaxça'' - ''Beşiktaş'' derbisinin son anlarında təyin olunan penalti Türkiyə futbolunda gündəm mövzusu olmaqda davam edir. Emmanuel Aqbadunun Neneyə qarşı kobudluğunun olub-olmaması, eləcə də qayda pozuntusunun cərimə meydançasının kənarında, yoxsa daxilində olması mövzusu ciddi müzakirə olunur. Bu arada Türkiyə Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Hakimlər Komitəsinin portuqaliyalı baş məsləhətçiləri Joao Kapela ilə Vitor Melo Pereyranın bu epizodla bağlı fikri bəlli olub. Bu məlumatı ''HT Spor'' kanalının əməkdaşı Sezgin Gelmez paylaşıb. Portuqaliyalı baş məsləhətçilərin fikrincə, penalti Beynəlxalq Futbol Assosiasiyaları Şurasının qaydalarına tam uyğun şəkildə verilib. Yəni qayda pozuntusu cərimə meydançasından kənarda başlasa da, cərimə meydançasının daxilinə qədər davam edib. Ona görə də hakimin qərarı doğrudu. Bundan başqa Türkiyənin ''Sözcü'' nəşrinə inansaq, hakim Yasin Kola derbidəki idarəçiliyinə görə 8,5-8,9 arası qiymət verilib. Bu da kifayət qədər yüksək qiymət sayılır. Yəni Yasin Kol derbini yaxşı idarə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.