Çinin cənubundakı Quandun əyalətində suyun altından çəkilən dəmir yolu tuneli 113 metr dərinliyə çataraq dünya rekordunu müəyyən edib.
AZƏRTAC xəbər verir ki, ÇXR Dövlət Dəmir Yolu İdarəsinin məlumatına görə, tunel hazırda tikilməkdə olan və Şençjen və Tszyanmen şəhərlərini birləşdirəcək yüksəksürətli dəmir yolunun bir hissəsidir. İnşa işlərinin gedişində tunelin bir hissəsində dərinliyin 116 metrə çatacağı gözlənilir.
Dörd il ərzində sualtı tunelin dörd kilometrlik hissəsi çəkilib. Gündə təxminən 2 metr uzanan tunel mürəkkəb geoloji formasiyalardan keçir. Layihəyə görə, tunelin diametri 13 metr, ümumi uzunluğu isə 13,69 kilometr olacaq.