AZ

Azərbaycanın xaricə karbamid satışı yarıbayarı azaldı

Bakupost saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycandan xaricə karbamid satışı kəskin azalıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, cari ilin yanvar-fevral aylarında Azərbaycan 21,9 milyon ABŞ dolları dəyərində karbamid ixrac edib. Bu isə 2025-ci ilin eyni dövrü ilə müqayisədə 39,2 faiz azalma deməkdir. Belə ki, keçən ilin anoloji dövründə ölkəmizdən xarici bazarlara 36 milyon ABŞ dolları dəyərində karbamid ixrac edilib.

Mövzu ilə əlaqədar Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli Bakupost.az-a açıqlamasında karbamid ixracının azalması iqtisadi və texniki amillərlə bağlı olduğunu bildirib.

Onun fikrincə, burada əsas səbəblərdən biri dünya bazarında qiymətlərin enməsi ehtimalıdır:

“Hətta fiziki həcm eyni qalsa belə karbamidin beynəlxalq qiyməti düşübsə, ixracın dəyəri azalır. Digər tərəfdən, əsas alıcı ölkələrdə tələbin zəifləməsi və ya daha ucuz istehsal edən alternativ təchizatçıların bazarda payını artırması da ixrac gəlirlərimiz azalda bilər. Bu vəziyyət adətən xammal olan təbii qazın qiyməti və ya təchizatı ilə bağlı olur. Qaz bahalaşdıqda gübrə istehsalı daha az rentabelli olur və zavodlar istehsalı müvəqqəti olaraq azaltmalı olurlar”.

“Həmçinin, daxili tələbin artması halında istehsalın bir hissəsi ixraca deyil, yerli bazara yönəldilə bilər. Logistika xərclərinin artması və beynəlxalq daşınmalarda çətinliklər də ixracın azalmasına təsir edən əlavə amillər kimi çıxış edir”, - deyə o qeyd edib.

Rüfət Sultan, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
www.bakupost.az

1Mənbələr