
Azərbaycan Mərkəzi Bankı (AMB) "Rabitəbank” ASC-yə icrası məcburi sərəncam verib
AFN.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilir ki, “Rabitəbank” ASC kreditlərin rəsmiləşdirilməsi zamanı yol verilmiş qanun pozuntuları barədə Mərkəzi Banka məlumat verməyib. Buna görə də, “Banklar haqqında” Qanunun (maddə 25.1.4 və 47) tələblərinə əsasən, Mərkəzi Bank tərəfindən banka məcburi sərəncam verilib.
Sərəncam oxşar halların təkrarlanmaması üçün daxili prosedurların təkmilləşdirilməsini tələb edir.