Vaşinqton ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffu İranla münaqişənin həlli danışıqlarından kənarlaşdırmaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, danışıqlara vitse-prezident Cey Di Vens rəhbərlik edəcək. Agentliyin mənbəsi iddia edib ki, Tramp açıq-aydın görüş və razılaşmaya can atır.
O, agentliyə izah edib ki, Vaşinqton bu addımı Uitkoffun İsrail Baş naziri Binyamin Netanyahunun çevrəsinə yaxınlığı səbəbindən atır.