Rusiyalı internet istifadəçiləri ölkədə internetin çökməsindən şikayətləniblər.
ONN media xəbər verir ki, bu barədə “DownDetector” portalı məlumat yayıb.
Məlumata görə, bununla yanaşı “Qosuslugi” portalı və “Rostelekom” xidmətləri də fəaliyyətini dayandırıb. Həmçinin istifadəçilər “Steam” oyun platformasına və əsas oyunlara daxil olmaqda problemlə qarşılaşıblar.
Nazaslıq yayım xidmətlərinə və video hostinq saytlarına da təsir göstərib. Ən çox şikayət “Discord”la bağlı olub və bir saat ərzində şikayətlərin sayı 4000-i keçib.