AZ

Göygöldə bitişik evlərdə yanğın: bir neçə tikiliyə ziyan dəyib

Bakı.Trend:

Göygöl şəhərində bitişik tikililərdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisənəticəsində bir neçə fərdi yaşayış evinə ziyan dəyib. Belə ki,ümumi sahəsi 70 m² olan evin dəhlizinin tavanı 25 m² sahədə və damörtüyünün yanar konstruksiyaları 70 m² sahədə, ümumi sahəsi 120 m²olan evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə, digər70 m²-lik evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə,həmçinin 200 m² sahəsi olan evin dam örtüyünün 5 m² hissəsiyanıb.

Bundan başqa, bitişik ümumi sahəsi 90 m² olan talvarın yanarkonstruksiyaları da alovlara məruz qalıb.

Yanğın zamanı evlərin qalan hissəsi və ətrafdakı digər tikililəryanğından mühafizə olunub. Hadisə yerinə cəlb olunan yanğındanmühafizə bölmələri tərəfindən alov qısa müddətdə söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Seçilən
26
az.trend.az

1Mənbələr