AZ

İranda qadınlar silahlanır – FOTO

Tehranda İran hakimiyyətinə dəstək məqsədilə keçirilən aksiyalar davam edir. 

NOCOMMENT.az xəbər verir ki, son hadisələr fonunda təşkil olunan nümayişlərdə bu dəfə qadınların iştirakı xüsusi diqqət çəkib.

Şahidlərin sözlərinə görə, paytaxtın müxtəlif ərazilərində toplaşan etirazçılar axşam saatlarında yürüş ediblər. Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi qadınların silahlarla avtomobil üzərində parad keçirdiyi əks olunub.

Məlumatlara əsasən, son günlər bölgədə gərginlik artıb. ABŞ və İsrailin İrana qarşı hücumlarının davam etdiyi, rəsmi Tehranın isə buna raket zərbələri ilə cavab verdiyi bildirilir.

Buna baxmayaraq, İran daxilində hakimiyyətə dəstək aksiyalarının keçirildiyi qeyd olunur. ABŞ tərəfi ölkədə rejim dəyişikliyi ilə bağlı iddialar səsləndirsə də bəzi İran vətəndaşları küçələrə çıxaraq mövcud hakimiyyətə dəstəklərini ifadə edirlər.

Sosial mediada yayılan paylaşımlar da bu aksiyaların geniş rezonans doğurduğunu göstərir. Kadrlarda qadınların silahlı şəkildə avtomobil üzərində hərəkət etdiyi anlar yer alıb.\\sfera.az

 

Seçilən
10
nocomment.az

1Mənbələr