Bu gün Azərbaycanın "Sabah" basketbol klubunun 18 yaşadək futbolçulardan ibarət komandası gənclər arasında Çempionlar Liqasında mübarizəyə başlayır.
Fanat.Az xəbər verir ki, Bosniya və Herseqovinanın Laktaşi şəhərində təşkil olunan B qrupunun açılış oyununda bakılılar yerli "İqokea" ilə qarşılaşacaqlar.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
"Sabah"ın növbəti qrup oyunu 8 apreldə "Porşe BBA" (Almaniya) komandasına qarşı olacaq. Reqlamentə əsasən, qrup qalibləri yarımfinala yüksələcək. İkinci yeri tutan komandalar 5-8-ci yerlər uğrunda, sonuncu yeri tutan komandalar isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.
Çempionlar Liqası
B qrupu
7 aprel
19:30. "Sabah" U-18 (Azərbaycan) – "İqokea" U-18 (Bosniya və Herseqovina)
Laktasi. "SD Laktasi".