AZ

Qazaxıstanda kreditlərə çıxışın bağlanması barədə feyk xəbərlər təkzib olunub

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Astana, 7 aprel, AZƏRTAC

Qazaxıstan vətəndaşlarının müəyyən kateqoriyaları üçün kreditlərə çıxışın bağlanması ilə bağlı iddiaları ehtiva edən məlumatlar həqiqətə uyğun deyil.

AZƏRTAC Qazaxıstanın Dezinformasiya ilə Mübarizə Mərkəzinə istinadla xəbər verir ki, kredit qərarları banklar tərəfindən borcalanın ödəmə qabiliyyətinin hərtərəfli qiymətləndirilməsi əsasında qəbul edilir.

Qeyd olunub ki, sosial mediada yer alan birtərəfli və həyəcanverici paylaşımlar manipulyativ məzmun üçün xarakterikdir və tez-tez ajiotaj yaratmaq, şübhəli mənşəyi olan pul xidmətlərini təşviq etmək məqsədi daşıyır.

Mərkəz vətəndaşları bu cür məlumatlara tənqidi yanaşmağa, onları rəsmi mənbələrlə yoxlamağa, şübhəli veb-saytlara daxil olmaqdan çəkinməyə və şəxsi məlumatları üçüncü tərəflərlə paylaşmamağa çağırır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
azertag.az

3Mənbələr