AZ

AFFA “Səbail“i böyük məbləğdə cərimələdi

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Moderator.az xəbər verir ki, Azərbaycan I Liqasında mübarizə aparan "Səbail" 4500 manat cərimələnib.

Belə ki, XX turun “Səbail” – “Baku Sportinq” oyununun 65-ci dəqiqəsində meydan sahiblərinin baş məşqçisi Adil Şükürov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmayacaq, "dənizçilər" isə 3000 manat ziyana düşüb.

Həmçinin, “Səbail” komandası azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə 1500 manat cərimələnib.

Bununla yanaşı, XX turun “Mingəçevir” – “Şəfa” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Mingəçevir” komandası 1500 manat cəzalandırılıb. Qonaqların 5 futbolçusu sarı vərəqə aldığı üçün "Şəfa" 210 manat ziyana düşüb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
2
moderator.az

6Mənbələr