AZ

Türkiyədə məşhurların həbsinin PƏRDƏARXASI ŞOK DETALLAR

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İstanbulda həyata keçirilən və ictimaiyyətdə geniş rezonans doğuran narkotik əməliyyatının arxa planı ilə bağlı yeni detallar üzə çıxıb.

Ən son həbs edilən məşhurlarla bağlı xəbəri buradan oxuya bilərsiniz.

Lent.az bir neçə güvənilən mənbəyə istinadən bununla bağlı araşdırma hazırlayıb.

Tanınmış simaların adının hallandığı bu istintaq işi ilk baxışda ani əməliyyat təsiri bağışlasa da, əldə olunan məlumatlar göstərir ki, proses əslində aylarla davam edən gizli araşdırmaların nəticəsidir.

İstintaq materiallarına əsasən, əməliyyatın başlanğıcı bir neçə mənbədən daxil olan ihbarlar və hüquq-mühafizə orqanlarının topladığı operativ məlumatlarla bağlı olub. Bu məlumatlar üst-üstə düşdükdən sonra məsələ dərhal nəzarətə götürülüb və xüsusi istintaq qrupu tərəfindən izləmə tədbirləri həyata keçirilib. Məhz bu mərhələdə diqqət mərkəzinə düşən əsas fiqur birbaşa məşhurlar deyil, narkotik dövriyyəsində iştirak etdiyi ehtimal olunan şəxslər olub.

Narkotacirlərə qarşı əməliyyat necə məşhurlara yönəldi?

Araşdırmalar göstərir ki, hüquq-mühafizə orqanları əvvəlcə ehtimal olunan təchizatçıları müəyyən edib, daha sonra isə onların əlaqə dairəsini addım-addım izləyərək geniş şəbəkəni üzə çıxarıb. Bu proses zamanı telefon danışıqları, mesajlaşmalar və müxtəlif əlaqələr diqqətlə analiz olunub. Məlum olub ki, bəzi məşhur şəxslərin adı məhz bu əlaqələr zənciri vasitəsilə istintaq materiallarına daxil edilib.

Bu məsələnin məhz məşhurlara qarşısına çevrilməsində də güclü imkanları olan narkotacirlərin bağlantısı olduğu deyilir. Məqsədli şəkildə diqqəti özlərindən uzaqlaşdırırlar.

Mənbələrin bildirdiyinə görə, əməliyyatın ən diqqətçəkən tərəfi onun mərhələli və planlı şəkildə həyata keçirilməsi olub. Uzun müddət davam edən gizli izləmələrdən sonra hüquq-mühafizə orqanları eyni vaxtda bir neçə ünvanda əməliyyat keçirərək şübhəli şəxsləri saxlayıb. Bu isə əməliyyatın təsadüfi deyil, əvvəlcədən dəqiq planlaşdırıldığını göstərir.

Digər diqqət çəkən məqam isə “məlumatı verən şəxsin kimliyi” məsələsidir. Rəsmi məlumatlarda konkret bir şəxsin adı açıqlanmır. Ehtimal olunur ki, bu işdə həm anonim müraciətlər, həm də əvvəlki istintaq proseslərində əldə olunan məlumatlar rol oynayıb. Belə hallarda məlumat verən şəxslərin kimliyi təhlükəsizlik səbəbilə gizli saxlanılır.

Hazırda istintaq davam edir və hüquq-mühafizə orqanları iş üzrə əlavə sübutların toplanması istiqamətində fəaliyyətini davam etdirir. Ekspertlər istisna etmir ki, araşdırmalar dərinləşdikcə yeni adlar da üzə çıxa bilər. Bu isə məsələnin təkcə bir neçə şəxslə məhdudlaşmadığını, daha geniş bir şəbəkənin araşdırıldığını göstərir.

Bu hadisə bir daha sübut edir ki, müasir dövrdə hüquq-mühafizə orqanları texnoloji imkanlardan istifadə edərək mürəkkəb əlaqə şəbəkələrini belə mərhələli şəkildə ifşa edə bilir. İctimaiyyət isə istintaqın yekun nəticələrini və məhkəmə qərarlarını gözləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
lent.az

1Mənbələr