AZ

“Politico”: Aİ-də veto hüququnun ləğvini dəstəkləyənlərin sayı artır

Bakı, 7 aprel, AZƏRTAC

Getdikcə daha çox Avropa İttifaqı (Aİ) ölkəsi qərar qəbul edilməsində veto hüququnun ləğvini dəstəkləyir. Belə ki, veto hüququ bir ölkəyə bütün ittifaqın qərarlarını bloklamağa imkan yaradır.

AZƏRTAC xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, bu qrupa Almaniya və İsveç rəhbərlik edir. AFR-in xarici işlər naziri Yohann Vadeful mediaya müsahibəsində xarici siyasət və təhlükəsizlik sahələrində yekdillik prinsipinin ləğvinə tərəfdar olduğunu bildirib. O, həmçinin vurğulayıb ki, Ukraynaya yardım və Rusiyaya qarşı sanksiyalarla bağlı bütün son təcrübələr bunun vacibliyini göstərir.

Bir müddət əvvəl İsveçin Baş naziri Ulf Kristersson Avropa liderlərinin səs çoxluğu prinsipinə keçidi müzakirə edəcəklərini demişdi.

Nəşr yazır ki, Fransa, Belçika və bir neçə kiçik Aİ ölkəsi isə veto hüququnun saxlanmasını istəyir, çünki bu, onların milli maraqlarına xidmət edir.

Seçilən
17
2
azertag.az

3Mənbələr