AZ

Qadınların maaşı artacaq – MÜHÜM YENİLİK

Azərbaycanda qadınlarla bağlı yeni qərarın verilməsi gündəmdədir.

Belə ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin ötən iclasında Əmək Məcəlləsinə dəyişikliklər müzakirə olunaraq plenar iclasa tövsiyə edilib. Bundan sonra işəgötürənin vəzifələrini nəzərdətutan maddə təkmilləşdirilməsi və cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əmək haqqının verilməsini təmin edilməsi öhdəlik olaraq müəyyən ediləcək. Yəni eyni işi edən qadınlar və kişilər bərabər maaşı alacaq. 

Real Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Hit.az-a açıqlamasında deyib ki, eyni işi qadın və kişi bərabər şəkildə görürsə, əmək haqqı da eyni olmalıdır: 

396017

“Cinsiyyətindən asılı olmayaraq, işin həcmi və ağırlığı eynidirsə, mütləq şəkildə bərabər maaş tətbiq olunmalıdır. Əslində bu prinsip çoxdan tətbiq edilməli idi. Lakin bəzi sahələr var ki, şəxslər eyni vəzifəni daşısa da, fərqli işlər görürlər”.

Ekspert buna nümunə də verib:

“Məsələn, bu hal Neft Daşlarında və mədən sənayesində müşahidə oluna bilər. Belə işlərdə fiziki fərqlər nəzərə alınır və buna görə maaş fərqi yaranması normal hesab olunur. Faktiki olaraq, bir nəfərin ofisdə işləməsi ilə digərinin birbaşa buruqlarda çalışması eyni deyil. Bu halda əmək şəraiti və işin çətinliyi fərqli olduğu üçün maaşda da fərq olmalıdır. Lakin ümumilikdə, eyni işi görən şəxslərin məvacibi bərabər olmalıdır”.

Günel Cəlilova

Seçilən
22
hit.az

1Mənbələr