AZ

Tramp İrandakı hərbi əməliyyatları dayandırır: Respublikaçıları qorxudan nədir?

ABŞ prezidenti Donald Tramp Amerika ictimaiyyətinin reaksiyası səbəbindən İrana qarşı hərbi əməliyyatı yekunlaşdırmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məqalədə qeyd olunur ki, respublikaçılar gizli şəkildə Trampa öz narahatlıqlarını çatdırıblar. Onlar Yaxın Şərqdəki uzanan münaqişə fonunda benzinin qiymətinin artmasından ehtiyat edirlər. Bu isə prezidentin seçki öncəsi vədlərinə zidd olmaqla yanaşı, noyabrda keçiriləcək aralıq seçkilərində partiyanın şanslarını ciddi şəkildə zədələyə bilər.

Ağ Ev rəhbəri cəmiyyətdə döyüş əməliyyatlarının davam etdirilməsinə dair xüsusi bir həvəsin olmadığını anlayır.

O, jurnalistlərə bildirib ki, İran neftini qoruyub saxlamağa üstünlük verir, lakin bilir ki, çoxları qoşunların İranda uzunmüddətli yerləşdirilməsinə qarşı çıxır.

Seçilən
14
publika.az

1Mənbələr