AZ

Mustafa Ceceli və daha 9 məşhur saxlanıldı - FOTO

İstanbulda narkotik istintaqı çərçivəsində məşhur şəxsləri əhatə edən yeni əməliyyat dalğası həyata keçirilib.

Milli.Az türk mediasına istinadla xəbər verir ki,7 aprel 2026-cı il tarixində keçirilən əməliyyat zamanı 9 nəfər saxlanılıb.

Saxlanılanlar arasında tanınmış sənətçilər də var: Simge Sağın, İbrahim Çelikkol, Mustafa Ceceli, Ersay Üner, Bengü, Melek Mosso və İlkay Şencan də daxil olmaqla digər şəxslər yer alır.

İstintaq İstanbul Baş Prokurorluğu tərəfindən aparılır və narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsi, əldə edilməsi və saxlanılması ilə bağlı iddiaları əhatə edir. Məlumata görə, əməliyyat məhkəmə qərarı əsasında eyni vaxtda bir neçə ünvanda keçirilib.

Saxlanılan şəxslər əvvəlcə tibbi müayinədən keçirilir, daha sonra ekspertiza üçün xüsusi qurumlara göndərilir və ifadələri alınır. Prosesin sonunda onların sərbəst buraxılıb-buraxılmayacağı və ya məhkəməyə çıxarılıb-çıxarılmayacağına qərar veriləcək.

Qeyd edək ki, bu istintaq 2025-ci ilin oktyabr ayından etibarən davam edir və indiyədək bir sıra tanınmış şəxslər də daxil olmaqla çox sayda insanın ifadəsi alınıb.

  • Mustafa
  • Mustafa
Seçilən
1
2
day.az

3Mənbələr