"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa Kilian Mbappenin "Bayern Münhen" kimi vacib oyunlar üçün transfer edildiyini bildirib.

Offsideplus.az xəbər verir ki, gənc mütəxəssis fransalı futbolçunun komandanın əsas fiquru olduğunu, lakin ulduzlar arasında balansı qorumağın çətinliyini qeyd edib. Diz zədəsi səbəbindən "Mançester Siti" ilə oyunları buraxan 27 yaşlı hücumçu artıq tam sağalıb.

Arbeloanın açıqlamasına görə, Mbappenin "Santyaqo Bernabeu"dakı 1/4 finalın ilk görüşündə Vinisius Junior ilə birlikdə hücumda yer alacağı gözlənilir.

O, jurnalistlərə açıqlamasında bunları deyib:

"Mbappe məhz sabahkı kimi matçlar üçün buradadır. Onun ən yaxşı formasında olacağına və komandaya liderlik edəcəyinə əminəm".