ain.az, Footbal-plus saytına istinadən bildirir.
Bu gün Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci oyunları çərçivəsində daha iki qarşılaşma baş tutacaq."Football-plus.az" xəbər verir ki, günün ilk matçında “Lənkəran” doğma azarkeşləri önündə “Gəncə” ilə üz-üzə gələcək.Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq qarşılaşma saat 15.00-da start götürəcək. Komandaların ilk duelində “Gəncə” inamlı oyun nümayiş etdirərək 91:55 hesablı qələbə qazanıb.Günün digər görüşündə isə “Sumqayıt” öz meydanında NTD-ni sınağa çəkəcək. Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək oyun saat 19.00-da başlayacaq. Bu cütün ilk matçında paytaxt təmsilçisi rəqibini 121:107 hesabı ilə məğlub edib.Daha əvvəl “Naxçıvan” və “Şəki” komandaları Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.