Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İngiltərədə yaşayan Tess Kristian adlı qadın üzü qırışmasın deyə 40 il gülməyib.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, gənc yaşlarından bəri üz ifadələrini idarə etməyi vərdiş halına gətirən Kristian, ətrafındakılar gülümsəyəndə belə ifadəsiz qalmağa üstünlük verib.
O, üz əzələlərinin hərəkət etdirməyərək qırışların əmələ gəlməsinin qarşısını aldığını iddia edir.
Kristian həyatının ən vacib anlarında belə bu qətiyyətindən dönmədiyini deyir. O, qızının dünyaya gəlməsi zamanı belə üz ifadəsini dəyişmədiyini, gənc görünməyin onun üçün vacib olduğunu bildirib:
“Mənim metodum Botoksdan daha təbii və dəriyə qulluq məhsullarından daha təsirlidir”.
Bildirilir ki, indi 60 yaşlarında olan Kristianın gülmək vərdişi uşaqlıq illərinə gedib çıxır. Sərt qaydaları olan bir məktəbdə böyüyən və emosiyalarını göstərməməyə öyrəşən Kristian sonda bunu şəxsi imzasına çevirib.
Lakin, mütəxəssislərin fikrincə, gülmək təkcə sosial davranış deyil, həm də zehni sağlamlıq üçün böyük əhəmiyyət kəsb edir.
Araşdırmalar göstərir ki, gülüş stress səviyyəsini azaldır, əhval-ruhiyyəni yaxşılaşdırır və ümumi həyat keyfiyyətini artırır. Buna görə də, qırışların qarşısını almaq üçün gülüşdən qaçmaq mənfi psixoloji nəticələrə səbəb ola bilər.
Mütəxəssislər həmçinin qırışların qüsur deyil, həyat təcrübələrinin əksi olduğunu vurğulayırlar. Sevdiklərimizlə keçirdiyimiz anlar, gülüş və hisslər üzümüzdə iz buraxsa da, onlar həm də həyatın hekayəsini daşıyır.
Billurə
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.