AZ

Diqqətsiz sürücü zəncirvari qəzaya səbəb oldu; hava yastıqları da açılmadı VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sükan arxasında diqqətin yayınması yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri olaraq qalır.

Avtosfer.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən yayılan görüntülərdə diqqətin bir anlıq yayınmasının necə təhlükəli nəticələrə səbəb ola biləcəyi açıq şəkildə nümayiş olunur. Kadrlardan aydın olur ki, sürücünün telefonla danışması, diqqətinin yoldan kənara yönəlməsi və ya digər amillər qəzanın baş verməsi üçün kifayət edir.

Qəzanın görüntülərinə diqqət etdikdə məlum olur ki, baş verən hadisə zamanı avtomobilin hava yastıqları da açılmayıb. Bu da onu göstərir ki, sürücü yola çıxmazdan əvvəl avtomobilin sazlığına da diqqət etməyib.

Mütəxəssislər sürücülərə hərəkətə başlamazdan əvvəl diqqətlərini tam şəkildə yola yönəltməyi, sükan arxasında olarkən isə əlavə diqqət yayındıran vasitələrdən istifadə etməməyi tövsiyə edirlər.

Qeyd olunur ki, xüsusilə sıx nəqliyyat axını olan ərazilərdə və yüksək sürət rejimində hərəkət zamanı diqqətsizlik həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatını ciddi risk altına alır.

Bir daha xatırladılır ki, sükan arxasında məsuliyyətsiz davranışlar yalnız inzibati cərimələrlə deyil, ağır nəticələrlə də yekunlaşa bilər. Sürücülərdən yol hərəkəti qaydalarına riayət etmələri və diqqətli olmaları xahiş olunur.

Eltac

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
avtosfer.az

1Mənbələr