AZ

Rusiyada IX sinif şagirdi məktəbdə qadın müəllimini bıçaqlayaraq öldürüb

Rusiyanın Perm diyarının Dobryanka şəhərində şagird rus dili və ədəbiyyatı müəlliməsinə bıçaqla hücum edib.

APA Rusiya mediasına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında məktəbin girişində baş verib.

IX sinif şagirdi bıçaqla sinif rəhbərinə hücum edib.

Müəllimə xəstəxanada ölüb.

Bildirilir ki, müəllimə daha əvvəl şagirdlərlə konflikt yaşamayıb. O, həm də hadisəni törədən şagirdin sinif rəhbəri olub.

Yeniyetmə saxlanılıb, hadisə araşdırılır.

Məlumatlara görə, idmanla da məşğul olan yeniyetmə məktəbdə narahatedici davranışları ilə də seçilib. Sinif yoldaşları onun bu hərəkətlərindən dəfələrlə şikayətçi olublar.

Dərsə davamiyyətdə intizamsızlığı ilə də seçilən şagirdin imtahana buraxılmadığına görə bu hadisəni törətdiyi ehtimal olunur.

Hüquq-mühafizə orqanları digər versiyaları da araşdırır.

Seçilən
37
3
apa.az

10Mənbələr