"Bu günə qədər taksilərə çox pul ödədim. Sürücülük vəsiqəsi ala bilmirəm. Zəkam çatmır".
BAKU.WS xəbər verir ki, bu sözləri verilişlərdən birinə qonaq olan aktrisa Bahar Şahin deyib.
O bildirib ki, avtomobil sürmək üçün sürücülük vəsiqəsi ala bilmir. Dəfələrlə imtahanda iştirak etsə də, yaxşı nəticə əldə edə bilməyib. Bu səbəbdən özünə şəxsi sürücü tutub:
"Həqiqətən savadım yetmir. Bəzən nələrisə olduğu kimi qəbul etmək lazımdır. Sürücülük imtahanından keçə bilmirəm. 4 dəfə imtahana girdim. 62 bal yığdım. Müəllimim dedi ki, bu balı yığmaq da bir uğurdur. Mən də artıq dedim ki, avtomobil idarə etmərəm. Şəxsi sürücüm olar, o idarə edər".
Aktrisanın bu açıqlaması sosial şəbəkələrdə yayılaraq gündəm yaradıb.
Sözügedən videonu təqdim edirik: