AZ

Premyer Liqa: XXVI turun son günündə 3 oyun keçiriləcək

BAKI, 7 aprel. TELEQRAF

Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq.

Teleqraf xəbər verir ki, son gündə 3 oyun baş tutacaq.

Günün ilk matçında “İmişli” Quba Olimpiya Kompleksinin stadionunda “Turan Tovuz”la qarşılaşacaq. Rəvan Həmzəzadənin idarə edəcəyi görüş saat 15:00-da start götürəcək. Hazırda Jorj Kaşkilyanın komandası 22 xalla turnir cədvəlinin 9-cu, Kurban Berdıyevin kollektivi isə 45 xalla 5-ci pillədə yer alıb.

Günün növbəti oyununda “Zirə” “Şamaxı”nı qəbul edəcək. Hazırda Rəşad Sadıqovun rəhbərlik etdiyi “qaratallar” 42 xalla 4-cü, Ayxan Abbasovun komandası isə 30 xalla 8-ci pillədə qərarlaşıb.

Turun son qarşılaşmasında isə “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gələcək. Hazırda “qırmızı-qaralar” 39 xalla 6-cı, “bayquşlar” isə 62 xalla turnir cədvəlinin 1-ci pilləsindədir.

Qeyd edək ki, turun daha öncə baş tutan oyunlarında “Kəpəz” “Qəbələ”yə (0:2), “Sumqayıt” “Neftçi”yə (1:3) uduzub, “Qarabağ” isə “Karvan”ı (7:0) məğlub edib.

Azərbaycan Premyer Liqası
XXVI tur
7 aprel

15:00. “İmişli” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Quba OİK stadionu

17:15. “Zirə” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Rahil Ramazanov, Teymur Teymurov, İnqilab Məmmədov
VAR: Rauf Cabarov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Zirə İdman Kompleksinin stadionu

19:30. “Araz-Naxçıvan” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Rəşad Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
“Liv Bona Dea Arena”

Seçilən
12
teleqraf.com

1Mənbələr