Bakı. Trend:
ADA Universitetində tələbələrin əmək bazarına inteqrasiyasınısürətləndirmək və onları peşəkar iş dünyasına hazırlamaq məqsədidaşıyan "Karyera Hazırlığı Həftəsi 2026" artıq başlayıb. 6-15 apreltarixlərini əhatə edəcək bu 8 günlük intensiv proqram ABB-nin başsponsorluğu, "Bahar Energy Operating Company"nin aparıcıtərəfdaşlığı və ADA Universiteti Fondunun (ADAF) təşkilati dəstəyiilə həyata keçirilir.
Trend xəbər verir ki, bu ilproqrama 914 tələbə müraciət edib ki, onlardan xüsusi seçimmərhələsini keçən 583 gənc təlimlərdə iştirak hüququ qazanıb.Proqram müddətində 23 nüfuzlu şirkətin rəhbər şəxsləri vəekspertləri tələbələrə müasir iş dünyasının tələbləri istiqamətindətəlimlər keçəcəklər.
Açılış mərasimində çıxış edən ADA Universitetinin prorektoruGünay Ziyadova tədbirin strateji əhəmiyyətini vurğulayaraq KaryeraHazırlığı Həftəsinin təkcə təlim platforması deyil, həm dətələbələrimizin nəzəri biliklərini real sənaye təcrübəsi iləqovuşduran bir körpü olduğunu bildirib.
Tədbirin rəsmi hissəsində ABB Bankın İdarə Heyəti SədrininBirinci Müavini Aqşin Əmirov "Rəqəmsal İqtisadiyyat üçün GələcəyinBacarıqları: Gələcək peşəkarların hazırlanması" mövzusunda, "BaharEnergy Operating Company"nin Vitse-prezidenti Sean Verner isə"Gələcəyi Gücləndirmək: Gənc nəslin enerji sektoruna hazırlanması"mövzusunda təqdimatlarla çıxış edərək gənclərə qlobal trendlərbarədə dəyərli məlumatlar veriblər.
Proqram çərçivəsində tələbələr bankçılıq, informasiyatexnologiyaları, konsaltinq və enerji kimi sahələrdə çalışanmütəxəssislər tərəfindən gələcəyin bacarıqları və süni intellektəhazırlıq, emosional intellekt, şəxsi brendinq və innovativ düşüncətərzi kimi mövzularda keçiriləcək təlimlərdə iştirak etdilər.
Karyera Hazırlığı Həftəsi aprelin 24-də baş tutacaq KaryeraSərgisi ilə yekunlaşacaq.