AZ

İran hakimiyyəti əhalini elektrik stansiyalarının ətrafına toplayır

İranın gənclər və idman nazirinin müavini Əli Rza Rəhimi ölkə əhalisini aprelin 7-də ABŞ prezidenti Donald Trampın bombalamaqla hədələdiyi elektrik stansiyalarının yaxınlığında keçiriləcək kütləvi etiraz aksiyalarında iştiraka çağırıb.

Musavat.com xəbər verir ki, Rəhimi "gənclərin, idmançıların, sənətçilərin, tələbələrin və universitet professorlarının" etirazlara qoşula biləcəyinə inanır.

İran dövlət televiziyasında yayımlanan videomüraciətdə o, "etirazların məqsədinin müharibə cinayəti təşkil edən mülki infrastrukturun hədəfə alınmasının qəbuledilməzliyini beynəlxalq ictimaiyyətə çatdırmaq olduğunu" deyib.

Nazir müavini həmçinin "bu dövrdə siyasi baxışlarından asılı olmayaraq iranlılar arasında ictimai həmrəyliyin vacibliyini" vurğulayıb.

Musavat.com

 

Seçilən
22
musavat.com

1Mənbələr