AZ

İranda elektrik stansiyaları önündə etiraz çağırışı edilib

Rəsmilər gəncləri və ictimaiyyət nümayəndələrini aksiyalara qoşulmağa səsləyir...

Poliqon xəbər verir ki, İranın gənclər və idman nazirinin müavini Əli Rza Rəhimi ölkə əhalisini aprelin 7-də elektrik stansiyaları yaxınlığında keçiriləcək kütləvi etiraz aksiyalarına qoşulmağa çağırıb. Bu çağırış ABŞ prezidenti Donald Trampın İranın enerji infrastrukturuna zərbə endirmə ehtimalı ilə bağlı bəyanatlarından sonra səsləndirilib.

Rəhimi qeyd edib ki, aksiyalarda gənclər, idmançılar, sənət adamları, tələbələr və ali məktəb müəllimlərinin geniş şəkildə iştirakı gözlənilir. İran dövlət televiziyasında yayımlanan video müraciətində o vurğulayıb ki, aksiyaların əsas məqsədi beynəlxalq ictimaiyyətə mülki infrastruktur obyektlərinə hücumun qəbuledilməz olduğunu çatdırmaqdır və belə addımların hərbi cinayət kimi qiymətləndirildiyini diqqətə çatdırmaqdır.

Nazir müavini həmçinin bildirib ki, hazırkı şəraitdə iranlıların siyasi baxışlarından asılı olmayaraq həmrəylik nümayiş etdirməsi xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, milli birlik ölkənin təhlükəsizliyi və sabitliyi üçün vacib amillərdən biridir.

Müşahidəçilər hesab edir ki, bu çağırış regionda artan gərginlik fonunda ictimai dəstəyin səfərbər olunmasına yönəlib və mümkün hərbi eskalasiyaya qarşı siyasi və sosial mesaj kimi qiymətləndirilə bilər.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr