Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ Demokrat Partiyasının Arizona ştatından nümayəndəsi Yasamin Ansari Nümayəndələr Palatasında Pentaqon rəhbəri Pit Heqsetin impiçmentinin irəli sürülməsi barədə niyyətini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "Axios" portalı məlumat verib.
Portalın yazdığına görə, belə qərar Heqsetin İranda ABŞ hərbi əməliyyatlarının idarə edilməsində iştirakı ilə bağlı ola bilər. Sorğulara əsasən, Heqset ABŞ kabinetinin ən az populyar üzvlərindən biridir və Yaxın Şərqdə davam edən münaqişənin maliyyə və insani xərclərinin artması onun ictimai imicini daha da pisləşdirir.
Bildirilir ki, hərbi nazir ABŞ baş prokuroru Pəm Bondi və Daxili Təhlükəsizlik naziri Kristi Noem istefa verdikdən sonra Demokratların növbəti “hədəfi” ola bilər.
"Axios"un təqdim etdiyi məlumatda Yasamin Ansari Heqsetin impiçmentinin irəli sürülməsinin əsas səbəbi kimi onun “andını və konstitusiyaya qarşı öhdəliyini dəfələrlə pozmasını” göstərib.
ABŞ Prezidenti Donald Tramp əvvəllər baş prokuror Pəm Bondinin istefasını açıqlamışdı. "The New York Times" qəzeti bildirir ki, Bondinin istefasının əsas səbəbi maliyyəçi Cefri Epşteynin pedofiliya işi ilə bağlı sənədlərin yayılması məsələsində onun fəaliyyəti olub. 5 martda ABŞ prezidenti həmçinin Kristi Noemin Daxili Təhlükəsizlik Nazirliyindən gedəcəyini açıqlayıb.
Qadir, Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.