AZ

Azərbaycanda dollar UCUZLAŞDI

Ajans.az xəbər verir ki, aparılan araşdırmalara əsasən, bankların hər birində dolların satış qiyməti 1,70 manat və daha yuxarı olduğu halda aşağıda adlarını qeyd edəcəyimiz vlayuta dəyişmə məntəqələrində məzənnə daha az götürülüb. "A Zuhur" MMC-yə məxsus valyutadəyişmə mətnəqəsində dolların satış qiyməti 1.6975 olaraq göstərilib. "Delta Capital" MMC dolları 1.6974 manata, "Eliko" MMC 1.6980 manata, "Meta Kapital" MMC 1.6990 manata satır. Mütəxəssilərin rəyinə görə, bu kimi halların əsas səbəbi əhali arasında dollara marağın azalması və insanların daha çox dolları satması ilə əlaqədardır.

Xatırladaq ki, 2026-cı ilin ötən dövründə valyuta bazarında vəziyyət stabil olaraq qalıb. 2026-cı ilin yanvar-fevral aylarında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 51 milyon ABŞ dolları üstələyib.(milli.az)

Seçilən
2
18
Ajans.az

10Mənbələr