AZ

Qəbələdə şahmat yarışlarının rayon mərhələsi yekunlaşıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Qəbələ, 6 aprel, AZƏRTAC

Qəbələ rayonunun ümumi təhsil müəssisələrində çalışan təhsil işçiləri arasında təşkil edilən şahmat yarışlarının rayon mərhələsi yekunlaşıb, qaliblər mükafatlandırılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qəbələ rayon komitəsindən məlumat verilib.

Bildirilib ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin təşəbbüsü ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan, respublikanın ümumi təhsil müəssisələrinin təhsil işçiləri arasında şahmat yarışları keçirilir. Qəbələ rayonu üzrə keçirilən yarışlar da bu çərçivədə təşkil olunub və artıq rayon mərhələsi başa çatıb.

Yarış qaliblərinin mükafatlandırılması mərasimində Qəbələ rayon təhsil sektorunun müdiri Arifə Bayramova, Uşaq-gənclər idman-şahmat məktəbinin direktoru Ədalət Əliyev və digər şəxslər çıxış ediblər. Çıxışlarda bildirilib ki, yarışın əsas məqsədi təhsil işçilərinin intellektual potensialının artırılması, sağlam həyat tərzinin təşviqi, asudə vaxtın səmərəli təşkili, eləcə də kollektivlər arasında əməkdaşlıq və ünsiyyətin möhkəmləndirilməsidir.

Yarışın nəticələrinə əsasən qaliblər diplom və hədiyyələrlə təltif olunublar.

Qeyd edilib ki, şahmat yarışlarının final mərhələsinin aprel ayının sonu – may ayının əvvəlində Sumqayıt şəhərində keçirilməsi nəzərdə tutulur.

Müxbir - Rasim İslamoğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
1
azertag.az

2Mənbələr